Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi-məişət zorakılığına səbəbdir-məktəblilərlə söhbət keçirildi
Paylaş:
Martın 28-də Ağdam Uşaq və Ailələrə Dətək Mərkəzi Ağdam Birinci 4 Yol qəsəbəsində Ağdam 14 saylı texniki fənlər təmayüllü liseydə 52 nəfər şagirdlə “Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi məişət zorakılığının səbəblərindən biridir” -adlı preventiv söhbət keçirildi.
Mərkəzin sosial iş üzrə mütəxəssisi şagirdlərə narkotik maddələrin istifadəsinin insan sağlamlığına zərərləri və narkomaniyanın ailə həyatına məhvedici təsiri barədə məlumat verdilər. Sonra mühazirəçi tərəfindən narkotiklərdən istifadənin qarşısını almaq üçün təbliğat aparmaq və gəncləri və yeniyetmələri narkotik maddələrdən istifadə etməkdən çəkindirmək üçün müzakirələr aparıldı.
Sosial işçi şagirdlərin əsas vəzifələrinin yaxşı təhsil almaq və asudə vaxtlarını səmərəli keçirmək olduğunu vurğuladı. Şagirdlər müzakirələrdə fəal iştirak etdilər və onları maraqlandıran suallar cavablandırıldı.
Tədbirin sonunda uşaqlara Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən hazırlanmış Narkotik vasitələr və psixotrop maddələrin istifadəsinin ziyanları haqqında məlumat vərəqi paylandı.