6 mart 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Azərbaycanın Yüz Biznes Qadını” təşkilatı ilə birgə qadınların səlahiyyətlərinin genişləndirilməsi və qadın sahibkarlığının inkişaf etdirilməsi məqsədi ilə “She Congress”ini
Paylaş:
Bakıda keçiriləcək "SHE Congress"in təməli 2014-cü ildə Kiyevdə qoyulub və artıq 3 dəfə müxtəlif şəhərlərdə təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovanın və fəal qadınların çıxışı nəzərdə tutulub.
İşgüzar qadınlar cəmiyyət və biznesdə gender bərabərliyi ideyasına dəstəyin vacibliyini anlayanlar arasında təşkil olunacaq görüşlər çərçivəsində bir çox mövzular- iqtisadiyyat, həmçinin bir-biri ilə sıx əlaqəli olan sahələrdə qadınların rolunu artıran hökumət təşəbbüsündən öncədən yaranmış yanlış fikirlər, stereotiplər müzakirə olunacaq.
Tədbir çərçivəsində konqressin heyəti təhsil, qadınların karyerasında STEAM-ixtisaslar və SHE tərəfindən idarə olunan layihələrin maliyyələşdirilməsinin xüsusiyyətləri məsələlərinə də toxunacaq.
Tədbirdə dövlət qadın siyasəti, qadın sahibkarlığının inkişafı, yeni nailiyyətlər və perspektivlər müzakirə ediləcək.