Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “UŞAQLAR və MÜHARİBƏ” adlı tədbir keçiriləcək

16 fevral 2018

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərini, erməni vəhşiliyini, işğal zamanı həlak olmuş, ziyan çəkmiş insanlar barədə məlumatların ictimaiyyətə çatdırılması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirir.

Bununla bağlı 19 fevral 2018-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “Uşaqlar və Müharibə” adlı tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbir başlamazdan əvvəl qonaqlar “Uşaqlar və Müharibə” adlı sərgidə nümayiş etdirilən rəsm işləri ilə tanış ola biləcəklər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanacaq tədbirdə rəsmi qonaqlarla yanaşı, 100-ə yaxın Forum nümayəndələri, Azərbaycanda təhsil alan, xarici ölkələrin vətəndaşı olan uşaqlar və qeyri hökumət təşkilatlarının iştirakı nəzərdə tutulub. Tədbir zamanı, mövzu ilə bağlı Forum nümayəndələri və Azərbaycanda təhsil alan, xarici ölkələrin vətəndaşı olan uşaqların birgə təşəbbüsü ilə hazırlanmış kompozisiya nümayiş olunacaq. Eyni zamanda, Xocalı soyqırımı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə, erməni vəhşiliklərinə dair çıxışlar edildikdən sonra, mövzu ilə əlaqədar xaricdə yaşayan uşaqların fikirlərinin əks olunduğu video-material nümayiş olunacaqdır.

Qeyd olunan tədbirin əhəmiyyətini nəzərə alaraq KİV nümayəndələrini əməkdaşlığa çağırırıq. KİV nümayəndələrini fəal əməkdaşlığa dəvət edirik. 

Xocalı soyqırımının 26-cı ildönümünə həsr edilmiş “UŞAQLAR və MÜHARİBƏ” adlı tədbirin P R O Q R A M I