İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı
Paylaş:
21-22 fevral 2018-cı il tarixlərində Mərakeşin paytaxtı Rabat şəhərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq Məsələləri Nazirlərinin 5-ci İslam Konfransı keçiriləcəkdir.
Ölkəmizi həmin konfransda nümayəndə heyətinin rəhbəri Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova təmsil edəcəkdir.
Konfrans zamanı professor Hicran Hüseynovanın Azərbaycan Respublikasında uşaq siyasətinin əsas istiqamətləri, uşaq hüquqlarının müdafiəsi, zorakılıqla mübarizə və digər sahələr üzrə çıxışı planlaşdırılır.
Konfrans çərçivəsində hesabatlar dinləniləcək, yeni proqramlar açıqlanacaq və onların hazırlanması müzakirə ediləcək. Eyni zamanda uşaqların zorakılıqdan müdafiəsi mövzusu sahəsində yeni Milli Fəaliyyət Planlarının qəbul edilməsi müzakirə ediləcək.
Eyni zamanda konfrans çərçivəsində uşaq hüquqlarının müdafiəsi ilə bağlı ölkənin müsbət təcrübəsi İSESCO üzv ölkələrinə çatdırılması nəzərdə tutulub.