Zəngilan rayonunun Ağalı kəndində valideynlər üçün görüş təşkil olunub

24 aprel 2024 11:35

Paylaş:

Erkən uşaqlıq dövründə uşağa qayğıda gender aspektinin təbliği istiqamətində Zəngilan rayonunun Ağalı kəndində valideynlər üçün görüş təşkil olunub. 

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rafiq Mahmudov və klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov uşaqların mədəni-estetik tərbiyəsi, onların inkişaf hüququnun təmin edilməsi, ailələrdə müsbət psixoloji iqlimin qorunub saxlanılması, atalıq məsuliyyətinin artırılması, məişət və uşağa qulluq öhdəliklərinin bərabər şəkildə bölüşdürülməsi mövzularında çıxış edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. 

Tədbirin sonunda “Azərbaycan ailəsi” film festivalına təqdim edilmiş “Ailə bir ağacdır” sosial çarxı nümayiş olunub