Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Paylaş:
8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, Qəbələ, İsmayıllı, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən vətənpərvərlik mövzusunda tədbirlər, intellektual yarışlar keçirilib, şəhid ailələri, müharibə iştirakçılarının ailələri ziyarət edilib.
UADM-lərdə, rayon Heydər Əliyev Mərkəzi və təhsil müəssisələrində keçirilən görüşlərdə mərkəzlərin və müvafiq qurumların əməkdaşları, şəhid ailəsinin üzvləri, müharibə iştirakçıları, müəllimlər, məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
TədbirlərdəAzərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilərək, Zəfər Gününün tarixi əhəmiyyətindən, Silahlı Qüvvələrimizin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb.
Çıxış edənlər bu qələbənin tariximizdə mühüm yer tutduğunu bildirib, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun rəşadətinin,cəsarətinin və vətən sevgisinin ən gözəl vətəndaşlıq nümunəsi olduğunu xüsusi vurğulayıblar.
Eyni zamanda işğaldan azad olmuş ərazilərdə həyata keçirilən yenidənqurma, bərpa və quruculuq işlərindən, sakinlərin böyük sevinc hissi ilə ata-baba yurdlarına qayıtmasından danışılıb, Vətən müharibəsi iştirakçıları keçdikləri döyüş yolundan bəhs ediblər.
Tədbirlərdə şagirdlər tərəfindən qələbəyə həsr olunmuş şeirlər, mahnılar səsləndirilib, bədii kompozisiyalar nümayiş etdirilib.
Ailələrə səfərlər zamanı şəhidlərimizin, müharibə iştirakçılarının şərəfli döyüş yolundan bəhs edilib, ailələrin qayğıları ilə maraqlanılıb, igidlərimizin keçdiyi Zəfər yolu haqqında söhbətlər aparılıb, şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağı qeyd edilib
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi