Yuxarı sinif şagirdləri ilə narkomaniyanın fəsadları mövzusunda görüş keçirilib

10 fevral 2025 16:58

Paylaş:

10 fevral 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə narkomaniyanın fəsadları mövzusunda maarifləndirici görüş keçirilib.

Yuxarı sinif şagirdlərinin iştirak etdiyi görüşdə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev və “Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi" İctimai Birliyinin sədri Nail Kəmərli narkotikin insan həyatına vurduğu zərərlərdən bəhs ediblər.

N.Kəmərli narkotik asılılığından əziyyət çəkən insanların həyatından, onların üzləşdiyi çətinliklərdən danışıb. Bu asılılığın uşaqlar arasında yayılmaması üçün onları ayıq-sayıq olmağa çağırıb. Daha sonra narkotik asılılığından əziyyət çəkən insanların həyatını əks etdirən video-materiallar nümayiş olunub.

Görüşdə 14 il narkotik asılılığından əziyyət çəkmiş, Sambo idman növü üzrə dünya və Avropa çempionu olmuş Vüqar Məmmədov narkotikin onun həyatına gətirdiyi fəsadlardan danışıb, yeniyetmələrin bu bəlaya düçar olmaması üçün tövsiyələrini verib.

Sonda uşaqların sualları cavablandırılıb.