Yuxarı sinif şagirdləri ilə narkomaniyanın fəsadları mövzusu müzakirə edilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Nəsimi Rayon Polis İdarəsinin təşkilatçılığı ilə narkomaniyanın fəsadları və şagirdlərin davranış qaydaları mövzularında 19, 266 və 14 nömrəli məktəblərin şagirdləri üçün maarifləndirici görüş keçirilib.
Yuxarı sinif şagirdlərinin iştirak etdiyi görüşdə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Həsən Əliyev narkotik asılılığından əziyyət çəkən insanların üzləşdiyi çətinliklərdən danışıb. Bu asılılığın uşaqlar arasında yayılmaması üçün onları ayıq-sayıq olmağa çağırıb. Narkomaniya ilə mübarizə sahəsində atılması zəruri olan addımlar haqqında uşaqlara məlumat verilib.
Nəsimi Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə polis mayoru Yeganə Zeynalova görüşdə şagirdlərin davranış qaydaları barədə uşaqları maarifləndirib.
Sonda uşaqların sualları cavablandırılıb.