“Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış (bullinq)” mövzusunda təlim yekunlaşıb

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilmiş “Yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranış (bullinq)” mövzusunda təlim başa çatıb.
Ekspert qismində dəvət edilmiş Türkiyə Respublikasının Sakarya Universitetinin İnsan və Toplum Bilimləri Fakültəsinin Sosial Xidmət Bölməsinin müəllimi prof. dr. Mehmet Zafer Danış tərəfindən təlimçilər üçün təlim (TOT) formatında baş tutmuş görüş zamanı yetkinlik yaşına çatmayanlar arasında aqressiv davranışla bağlı nəzəri məlumatlar verilmiş, bullinqi yarada biləcək səbəblərin aradan qaldırılması ilə bağlı psixo-profilaktik işin səmərəlilik səviyyəsinin artırılması məqsədilə mütəxəssislərin iştirakı ilə real hadisələr üzərindən təhlillər aparılıb.
17-18 mart 2025-ci il tarixlərində ümumilikdə 120 nəfərin iştirakı ilə baş tutmuş təlimlərdə Bakı və Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin psixoloqları, Penitensiar Xidmətin və Sosial Xidmətlər Agentliyinin nümayəndələri iştirak edib.
Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.