VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş tutub

25 oktyabr 2024 17:10

Paylaş:

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Ekologiya və Təbii Sərvətlər Nazirliyində baş tutub.

Görüş zamanı iqlim dəyişikliyinin təsirləri, su qıtlığı, təbiətin mühafizəsi və su ehtiyatlarının səmərəli istifadəsi müzakirə edilib.

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ölkəmizdə reallaşacaq COP29 tədbirinə hazırlıq işlərindən və bu qlobal tədbirin həm Azərbaycan, həm də dünya ictimaiyyəti üçün əhəmiyyətindən bəhs edib.

Nazir işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ekoloji bərpa işləri və bu ərazilərin yenidən yaşıl və məhsuldar torpaqlara çevrilməsi istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

Yekunda M.Babayev ətraf mühitin qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğunu vurğulayaraq, iştirakçılara bu istiqamətdə aktiv fəaliyyətlərinə görə təşəkkürünü bildirib.