“Valideynlik bacarıqlarının artırılması” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 13-17 aprel 2026-cı il tarixlərində “Valideynlik bacarıqlarının artırılması” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə mərkəzlərin əməkdaşları, valideynlər, nənə-babalar, psixoloqlar, sosial pedaqoqlar iştirak ediblər.
İnteraktiv şəkildə keçirilən tədbirlərdə valideyn-övlad münasibətlərinin sevgi, diqqət və qarşılıqlı hörmət əsasında qurulmasının əhəmiyyəti vurğulanıb, uşaqlarla düzgün ünsiyyətin vacibliyi qeyd edilib, nənə və babaların ailədaxili tərbiyə prosesində rolu xüsusi qeyd olunub, uşaqların sağlam psixoloji inkişafının və davranış bacarıqlarının formalaşdırılması ilə bağlı zəruri tövsiyələr verilib.
Tədbirlərdə valideynlərin sualları cavablandırılıb, mövzu ilə əlaqəli videoçarxlar nümayiş etdirilib, iştirakçılara “Ailədə uşaqlara psixososial dəstəyin göstərilməsi” adlı buklet paylanılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi