Valideyn və övlad münasibətlərində yaranan çətinliklərlə bağlı məsləhətləşmələr aparılıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Zərdab, İsmayıllı, Qəbələ, Göygöl, Goranboy, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 24-28 avqust 2026-cı il tarixlərində valideyn və övlad münasibətlərində yaranan çətinliklərlə bağlı psixoloji və pedaqoji məsləhətləşmələr aparılıb.
Mərkəzlərin əməkdaşları, psixoloqlar, pedaqoqlar, valideynlər, nənə və babaların iştirak etdiyi məsləhətləşmələrdə ekspertlər tərəfindən iştirakçılara valideyn-övlad münasibətlərində yaranan çətinliklər, ailədə sağlam ünsiyyətin qurulması, ailədaxili münasibətlərdə düzgün sərhədlərin müəyyənləşdirilməsi, həmçinin yeniyetməlik dövründə müşahidə olunan anlaşılmazlıqlar və onların düzgün şəkildə aradan qaldırılması barədə məlumat verilib.
İnteraktiv şəkildə keçirilən məsləhətləşmələrdə iştirakçıların sualları cavablandırılıb, mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb, zəruri tövsiyələr verilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi