“Uşaqların zərərli vərdişlərdən qorunmasında ailənin rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 13-17 aprel 2026-cı il tarixlərində “Uşaqların zərərli vərdişlərdən qorunmasında ailənin rolu” mövzusunda maarifləndirici tədbirlər keçirilib.
Tədbirlərdə mərkəzlərin əməkdaşları, rayonların idarə və müəssisələrinin nümayəndələri, valideynlər, psixoloqlar, sosial pedaqoqlar iştirak ediblər.
İnteraktiv şəkildə keçirilən tədbirlərdə ekspertlər tərəfindən mövzunun aktuallığı vurğulanıb, uşaqların sağlam gələcəyinin təmin edilməsi, zərərli vərdişlərdən qorunmasında valideyn, məktəb və şagird əməkdaşlığının əhəmiyyəti qeyd edilib. Eyni zamanda uşaqlarda zərərli vərdişlərin yaranma səbəbləri və psixoloji amilləri haqqında məlumat verilərək, ailədaxili münasibətlərin, valideyn diqqətinin və emosional dəstəyin uşaqların davranışına təsirindən bəhs edilərək, valideynlərə uşaqlarla düzgün ünsiyyət qurmaqla bağlı tövsiyələr verilib.
Görüşlərdə iştirakçılara mövzu ilə əlaqəli maarifləndirici materiallar paylanılıb, valideynlərin sualları cavablandırılıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi