Uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə aidiyyəti dövlət qurumları ilə birgə uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir.
29 oktyabr 2026-cı il tarixində Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhərində fəaliyyət göstərən əyləncə mərkəzlərinə, oyun zallarına baxış keçirilmiş, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verilmiş, “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici vəsait təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi