Uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir

30 iyun 2026 09:03

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə aidiyyəti dövlət qurumları ilə birgə uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir.
29 iyun 2026-cı il tarixində Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində fəaliyyət göstərən əyləncə mərkəzlərinə, oyun zallarına baxış keçirilib, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verilib, eyni zamanda “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici vəsait təqdim olunub.