Uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir

26 dekabr 2025 15:51

Paylaş:

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə müvafiq dövlət qurumları ilə birgə uşaqların zərərli informasiyadan qorunması məqsədilə monitorinqlər həyata keçirilir.

2025-ci ilin aprel ayından etibarən Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə paytaxtın Səbail, Nəsimi, Nərimanov və Nizami rayonu ərazisində fəaliyyət göstərən əyləncə mərkəzlərinə və oyun zallarına baxış keçirilib.

Monitorinq zamanı uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin tələbləri barədə sahibkarlara tövsiyələr verillib, “Uşaqları zərərli informasiyadan qoruyaq!” adlı maarifləndirici vəsait təqdim olunub. 

Hal-hazırda paytaxtın digər rayonları üzrə birgə monitorinqlərin keçirilməsi davam edir.