“Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” mövzusunda maarifləndirici görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində İlyas Əfəndiyev adına Elitar Gimnaziyada və 220 saylı məktəb-liseydə “Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” mövzusunda maarifləndirici görüşlər keçirilib.
Görüşlərdə Dövlət Komitəsinin əməkdaşları Rafiq Mahmudov və Ləman Mahmudova çıxış edərək “fişinq” hücumları, kibertəhlükələr, sosial şəbəkələrdən düzgün istifadə qaydaları və rəqəmsal mühitdə təhlükəsizlik qaydaları barədə ətraflı məlumat veriblər.
Tədbirər çərçivəsində interaktiv müzakirələr aparılıb, şagirdlərin sualları cavablandırılıb. Həmçinin “Təhlükəsiz internet” mövzusunda sosial çarx nümayiş etdirilib.
Görüşlərin əsas məqsədi şagirdlərdə rəqəmsal savadlılığın yüksəldilməsi, onlayn risklər barədə məlumatlılığın artırılması və təhlükəsiz internet vərdişlərinin formalaşdırılması olub. Ümumilikdə tədbirlərdə 220-yə yaxın şagird iştirak edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi