“Uşaqlara korrupsiya haqqında” mövzusunda tədbir keçirilib

26 noyabr 2024 12:22

Paylaş:

25 noyabr 2024-cü il tarixində Xaçmaz rayon Xudat qəsəbəsində yerləşən 1 saylı orta məktəbin 9-11-ci sinif şagirdləri üçün “Uşaqlara korrupsiya haqqında” mövzusunda tədbir keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqi təminat şəbəsinin əməkdaşı Tural Hüseynzadə tərəfindən tədbirin məqsədinin təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması olduğu qeyd edilib.

 Tədbirdə məktəblilərin bilik səviyyəsinə uyğun olaraq dialoq formatında korrupsiyanın mahiyyəti, anlayışı, korrupsiyaya gətirib çıxaran amillər barədə çıxış edilib, həmçinin şəffaflığın təmin olunması istiqmətində aparıcı elektron hökumət resursları barədə məlumatlar verilib, təhsildə korrupsiyaya qarşı mübarizə vasitələrindən söhbət açılıb.

Qeyd edək ki, tədbir “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrasını təmin məqsədilə həyata keçirilib.