“Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nın hazırlanması məqsədilə ilkin müzakirələr keçirilib
Paylaş:
7-10 iyul 2025-ci il tarixlərində BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti Sofia Kladze və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru, yerli ekspert Kəmalə Aşumova ilə birgə müvafiq dövlət qurumlarının əməkdaşlarından ibarət işçi qrupun üzvləri və vətəndaş cəmiyyəti nümayəndələri arasında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı”nın hazırlanması məqsədilə ilkin müzakirələr aparılıb.
Görüşlər zamanı, fəaliyyət planına daxil edilmiş tədbirlər ətrafında müzakirələr aparılıb, iştirakçı qurumların əlavə təklif və rəyləri nəzərə alınaraq sənədin təkmilləşdirilməsi istiqamətində razılaşdırılmış məsələlər müəyyən edilib.