Uşaqlar arasında “İTi Zəka - 2” hakatonu keçiriləcək
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "Azərbaycan Uşaqlarının İnkişaf Platforması" İctimai Birliyi ilə birgə uşaqlar arasında “İTi Zəka - 2” hakatonunun seçim turlarına start verir.
Hakaton uşaqlara öz hüquqlarının təmin edilməsi istiqamətində təşəbbüs irəli sürmək, innovativ həll yolları təklif vermək imkanı yaratmaq, onlarda yaradıcı düşüncəni inkişaf etdirmək məqsədilə keçirilir.
Hakaton iştirakçıları komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək, son texnoloji yenilikləri sahə üzrə yerli və xarici ekspertlərdən öyrənmək və tətbiq etmək imkanı əldə edəcəklər.
Builki hakaton aşağıdakı mövzuları əhatə edəcək:
- Sağlam həyat tərzi;
- İntellektual inkişaf;
- Ekologiya və uşaqlar;
- İnformasiya təhlükəsizliyi;
- Süni intellekt və uşaqlar;
- Asudə vaxt və əyləncə.
Hakatonda rəqəmsal bacarıqlara sahib, informasiya texnologiyaları sahəsində müəyyən bilik və bacarıqlara (sertifikat, diplom) malik olan, innovativ düşüncəli, bu sahəyə xüsusi marağı olan və komandada işləməyi bacaran 14-17 yaşlı uşaqlar iştirak edə bilər. Uşaqlar müsabiqəyə minimum 3, maksimum 5 nəfərlik (qız və oğlan təmsilçiliyi nəzərə alınmaqla) komandalar şəklində qeydiyyatdan keçməlidirlər. Seçilən namizədlərlə əlaqə saxlanılacaq.
Hakaton 4 mərhədən ibarət olacaq. İlkin mərhələdə iştirakçılar yerli və xarici ekspertlərin onlayn təlimlərinə cəlb olunacaq və müvafiq mövzular üzrə təlimatlandırılacaqlar. Digər 3 mərhələ isə canlı təlimlər, hakaton və qaliblərin mükafatlandırılmasından ibarət olacaq.
Ən istedadlı 3 qalib komanda münsiflər tərəfindən müəyyən ediləcək və nəticələr mükafatlandırma mərasimində açıqlanacaq.
Hakaton iştirakçıları komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək, son texnoloji yenilikləri sahə üzrə yerli və xarici ekspertlərdən öyrənmək və tətbiq etmək imkanı əldə edəcəklər.
Qalibləri (hər bir komanda üzvünü) dəyərli hədiyyələr gözləyir.
Müsabiqə günlərində iştirakçılar lazımi ləvazimatlar və qidalanma ilə təmin ediləcək.
Müsabiqəyə qeydiyyat 10 iyun 2024-cü il, saat 18:00-dək, elektron qeydiyyat formunun linki vasitəsilə aparılır.
Əlavə suallar yaranarsa, hakaton@family.gov.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz.
Qeydiyyat formunun linki: https://forms.gle/KyPxvAZga9FYGjTC9
Son qeydiyyat tarixi: 10 iyun 2024-cü il, saat 18:00
Hakatonun digər qaydaları ilə əsasnamədə tanış ola bilərsiniz: