“Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən “Uşaqdan-uşağa” layihəsi çərçivəsində “Kodlarla yazılmış dünya” təlim layihəsinə start verilib.
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Vlll sinif şagirdlərinin iştirakı ilə 14 may 2024-cü il tarixdə baş tutmuş təlimdə təhsilalanlar proqramlaşdırma sahəsi və süni intellekt ilə bağlı məlumatlar əldə ediblər.
Təlimlərin keçirilməsində əsas məqsəd məktəblilərin kompüter biliklərinin təkmilləşdirilməsi, proqramlaşdırma dilinin əsas funksiyaları öyrənməklə onlara öz layihələrini yaratmaq imkanı vermək və informatika sahəsinə olan maraqlarının artırılmasına dəstək olmaqdır.