“Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim Bakı şəhəri 56 nömrəli tam orta məktəbdə keçirilib.
Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva, tədbir iştirakçılarına dövlət uşaq siyasəti, Komitənin bu istiqamətdə fəaliyyəti, Uşaq Səfirlər Məclisi və layihə barədə məlumat verib.
Daha sonra Uşaq Səfirlər Məclisinin üzvləri Məryəm Hüseynova, İnci Hüseynli və Mətləb Orucov tərəfindən yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış hallarının qarşısının alınması istiqamətində təlim keçirilib.
Təlimdə interaktiv üsullarla uşaqların fəallığı təmin edilib, həmçinin onlar arasında mövzuya dair anonim sorğu keçirilib.
Sonda təlimçilər tərəfindən iştirakçıların sualları cavablandırılıb.