''Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim baş tutub

1 mart 2024 11:47

Paylaş:

Uşaq Səfirlər Məclisinin “Uşaqdan-uşağa” layihəsi çərçivəsində növbəti maarifləndirici təlim Bakı şəhəri 156 nömrəli tam orta məktəbdə baş tutub.

Təlimdə açılış nitqi ilə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva tədbir iştirakçılarını salamlayıb, Uşaq Səfirlər Məclisi və onun fəaliyyəti barədə məlumat verib, “Uşaqdan-uşağa” layihəsinin əhəmiyyətindən bəhs edib.

Daha sonra Uşaq Səfirlər Məclisinin üzvü Ayan Əhmədova və S.C.Pişəvəri adına Humanitar fənlər Gimnaziyası üzrə Uşaq Səfirlər Məclisinin nümayəndəsi Musab Məmmədlinin moderatorluğu ilə yektinlik yaşına çatmayanlar arasında aqressiv davranış hallarının qarşısının alınması istiqamətində keçirilən təlimdə interaktiv metodlar vasitəsilə uşaqların fəallığı təmin edilib, onların sualları cavablandırılıb.