Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Denver II” qiymətləndirmə testi keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, İsmayıllı, Qəbələ, Göygöl və Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 14-18 sentyabr 2026-cı il tarixlərində məktəbəqədər təhsil müəssisələrində “Denver II” qiymətləndirmə testi keçirilib.
Testin keçirilməsində əsas məqsəd uşaqların yaşlarına uyğun inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, xüsusilə şəxsi-sosial, nitq, kiçik və böyük motor bacarıqlarının qiymətləndirilməsi olub.
Qiymətləndirmə zamanı Mərkəzlərin əməkdaşları uşaqlar və onların valideynləri ilə fərdi şəkildə görüş keçirib, uşaqların diqqət, anlama, ünsiyyət və motor bacarıqları müşahidə olunub. Sonda uşaqların inkişaf göstəriciləri üzrə ümumi qiymətləndirmə aparılıb, valideynlərə və tərbiyəçi-müəllimlərə müvafiq tövsiyələr verilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi