Uşaq Səfirlər Məclisinin üzvləri Xarici İşlər Nazirliyində olub
Paylaş:
Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin üzvləri Xarici İşlər Nazirliyində olub.
“Diplomatın bir günü” layihəsi çərçivəsində baş tutan görüşdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycanın diplomatiya tarixi, xarici siyasətimizin əsasları, Xarici İşlər Nazirliyinin fəaliyyəti barədə ətraflı məlumat verib. Həmçinin ümumi protokol qaydaları, dövlətlərarası münasibətlərdə diqqət ediləcək ilkin məqamlar izah edilib.
Sonra uşaq səfirlər üçün Nazirliyin inzibati binasında infosessiya təşkil edilib.
Qeyd edək ki, “Diplomatın bir günü” layihəsinin keçirilməsində məqsəd Uşaq Səfirlər Məclisinin nümayəndələrinin müəyyən olunmuş istiqamət üzrə maarifləndirilməsini təşkil etmək və “Uşaqdan-uşağa” prinsipi ilə digər uşaqların məlumatlandırılmasını həyata keçirməkdir.