Uşaq Səfirlər Məclisinin növbəti görüşü Elm və Təhsil Nazirliyində baş tutub
Paylaş:
Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində Uşaq Səfirlər Məclisinin üzvləri elm və təhsil naziri Emin Əmrullayevlə görüşüblər.
Görüş zamanı Emin Əmrullayev artıq ənənə halını almış Ümumrespublika Uşaq Forumlarının əhəmiyyətinə toxunub, uşaqların inkişafında təhsilin önəmindən danışıb.
Görüşdə uşaqların təhsil hüquqları, məktəb kitabxanaları, olimpiadalar, elektron dərsliklər və digər mövzularda müzakirələr aparılıb.
Uşaqları maraqlandıran sualları cavablandıran nazir onlara təhsillərində və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Uşaq Səfirlər Məclisinin üzvləri də öz növbələrində faydalı görüşə görə elm və təhsil nazirinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, uşaqların ictimai fəallığının artırılması və bu istiqamətdə dövlət siyasətinin həyata keçirilməsində onların aktiv iştirakının təmin edilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2009-cu ildən etibarən beş dəfə Ümumrespublika Uşaq Forumu təşkil edilib. Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda ölkəmizdən 300-dən çox uşağın, qardaş Türkiyədən isə 10 uşağın iştirakı nəzərdə tutulub.