Uşaq Səfirlər Məclisinin növbəti görüşü Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə olub

26 oktyabr 2024 12:21

Paylaş:

Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində baş tutan görüşdə Müvəkkil uşaq hüquqlarının müdafiəsi istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib.

Səbinə Əliyeva hər il “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Ombudsman tərəfindən ölkədə 20 oktyabr - 20 noyabr tarixlərində “Uşaq Hüquqları Aylığı”nın elan edildiyini və Forum iştirakçıları ilə təşkil edilmiş görüşün əlamətdar olduğunu qeyd edib.

Eyni zamanda, Ombudsman uşaq hüquqlarının təmini və bu sahədə icra olunan tədbirlərlə bağlı iştirakçıların fikirlərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Sonda, uşaqların cəmiyyətdəki önəmini vurğulayan Müvəkkil, onlara tövsiyələrini verərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.