Uşaq Səfirlər Məclisinin dövlət qurumlarının rəhbərləri ilə ənənəvi hal almış görüşləri davam edir

26 oktyabr 2024 10:09

Paylaş:

VI Ümumrespublika Forumuna hazırlıq çərçivəsində növbəti görüş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baş tutub.

Görüş zamanı nazir Sahil Babayev uşaqları maraqlandıran sualları cavablandırıb.

O, sağlamlıq imkanları məhdud uşaqlara göstərilən dəstək, azyaşlı uşaqların əməyindən sui-istifadə hallarının qarşısının alınması, işğaldan azad olunmuş ərazilərdə yaşayan ailələrə göstərilən dəstək tədbirləri, eləcə də DOST TV-nin fəaliyyəti barədə ətraflı məlumat verib.

S. Babayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən Azərbaycan Uşaqlarının Forumlarının uşaqların ictimai fəallığının artırılması, onların öz hüquqlarına dair qərarların qəbulu prosesində təşəbbüslər irəli sürmək imkanına yiyələnməsi və s. baxımından əhəmiyyətini qeyd edib.

Nazir hər bir vətəndaşın cəmiyyətdəki rolunun önəmini vurğulayaraq, iştirakçılara tövsiyələrini verib, onlara uğurlar diləyib.