Uşaq Səfirlər Məclisinə üzvlük üçün müsabiqə elan olunur!

8 avqust 2025 15:50

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihəsi əsasında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisi müstəqil özünü ifadəetmə bacarığına, ictimai fəallığına, liderlik keyfiyyətinə və idarəetmə mədəniyyətinə malik 14-16 yaş qruplarından olan uşaqları müsabiqədə iştiraka dəvət edir.

Seçimlərdə iştirak etmək arzusunda olan namizədlər:

📅1 sentyabr 2025-ci il tarixinədək 📧usmmusahibe@gmail.com ünvanına müraciət məktublarını (özü və fəaliyyəti ilə bağlı məlumat (CV), eləcə də, “özünü təqdim et” mövzusunda 3-dəqiqəlik video çəkilişi əlavə etməklə) göndərə bilər.

Qeydiyyat nəticələri uğurlu olan namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

ℹ️ Son qeydiyyat tarixi: 1 sentyabr 2025-cü il, 21:00