Uşaq Səfirlər Məclisinə üzvlük üçün müsabiqə elan olunur

28 avqust 2024 15:48

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisi müstəqil özünü ifadəetmə bacarığına, ictimai fəallığa, liderlik keyfiyyətinə və idarəetmə mədəniyyətinə malik 14-16 yaş qruplarından olan uşaqları müsabiqədə iştiraka dəvət edir.

Seçimlərdə iştirak etmək arzusunda olan namizədlər:

8 sentyabr 2024-cü il tarixinədək

childambassadorscouncil@gmail.com ünvanına müraciət məktublarını (özü və fəaliyyəti ilə bağlı məlumat (CV), eləcə də, “özünü təqdim et” mövzusunda 3-dəqiqəlik video

çəkilişi əlavə etməklə) göndərə bilər.

Qeydiyyat nəticələri uğurlu olan namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

Son qeydiyyat tarixi: 8 sentyabr 2024-cü il, 21:00