Uşaq mütəxəssisləri üçün erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlanılıb
Paylaş:
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 8 yaşa qədər uşaqlarla işləyən mütəxəssislər üçün erkən uşaqlıq dövründə inkişafla bağlı üçgünlük təlimlərə başlayıb. Təlimin məqsədi erkən uşaqlıq dövründə fiziki, əqli və sosial inkişafda əhəmiyyətli rol oynayan mütəxəssislərin peşəkarlığının artırılmasıdır.
28 may 2024-cü il tarixində baş tutan açılışdan sonra Türkiyədən dəvət olunmuş mütəxəssislər 3 istiqamət üzrə “Erkən uşaqlıq dövründə uşaqların sosial inkişafı”, “Erkən uşaqlıq dövründə uşaqların sağlam böyüməsi, erkən müdaxilə və psixo-emosional sağlamlığı”, “Erkən uşaqlıq dövründə uşaqların təhsili, tərbiyəsi və inkişafı” mövzularında təlimlərə başlayıblar.
Həkim, müəllim, tərbiyəçi, sosial işçi, psixoloq, psixiatr və digər uşaq mütəxəssislərinin iştirak etdiyi təlimlərə 31 may tarixində keçiriləcək “Erkən uşaqlıq dövrünün inkişafı – koordinasiyalı fəaliyyət” adlı konfransla yekun vurulacaq.