Uşaq Əməyinin qarşısının alınması istiqamətində tədbirlər keçirilib

15 iyun 2025 17:46

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam, Göygöl, Hacıqabul, İsmayıllı, Saatlı, Sabirabad, Şüvəlan, Zaqatala, Zərdab, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 10-13 iyun 2025-ci il tarixlərində “İnsan Hüquqları Aylığı” çərçivəsində və 12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü münasibətilə mərkəzlər, Rayon İcra Hakimiyyəti, Rayon Polis Şöbəsinin əməkdaşları, təhsil sektoru, səhiyyə, bələdiyyə, Uşaq Səfirlər Məclisinin rayon üzrə nümayəndələri, mərkəzlərin ekspert qrupunun üzvlərinin iştirakı ilə dəyirmi masa və maarifləndirici görüşlər keçirilib.

Tədbirlərdə çıxış edənlər bildiriblər ki, bu günün keçirilməsinin məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır.

Müzakirələr zamanı ölkəmizdə uşaq əməyinin istismarı hallarına qarşı həyata keçirilən maarifləndirmə tədbirlərindən, uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün görülən işlərdən və qarşıda duran vəzifələrdən bəhs edilib, təkliflər dinlənilib.