Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən 55 il ötür
Paylaş:
Bu gün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə gəlməsindən 55 il ötür.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilən plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Bununla da Ulu Öndərin Azərbaycana rəhbərliyi dövrü başlamışdır.
Azərbaycanın hərtərəfli tərəqqisi və milli dövlətçiliyimizin dayanıqlı inkişafı onun hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır.
Öz müdrikliyi, qətiyyəti və zəkası, zəngin dövlətçilik təcrübəsi ilə ölkəmizi intibaha, iqtisadi yüksəlişə aparan Ümummilli Liderimizin ideyaları və strategiyası sayəsində ölkəmiz inqilabi dəyişikliklər yaşamışdır.
Azərbaycan tarixinin son 55 ilinə nəzər salsaq, gələcəyə istiqamətlənmiş və cəmiyyətin rifahına hesablanan uzaqgörən siyasətin müsbət nəticələrini görərik. Bütün bunlar Ulu öndər Heydər Əliyevin Vətən üçün əvəzolunmaz xidmətləri və xalqına bəslədiyi sonsuz sevgi sayəsində olub.
Ümummilli Liderin xatirəsini dərin ehtiramla yad edirik.