Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbirlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Şüvəlan, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zərdab, Zaqatala, Göygöl, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 4-8 may 2026-cı il tarixlərində Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə uşaqların iştirakı ilə rəsm sərgisi keçirilib.
Yerli idarə və müəssisələrin dəstəyi ilə keçirilən tədbirlərdə iştirakçılara Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısındakı xidmətləri barədə məlumat verilib. Qeyd edilib ki, Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə xalqın rifahının yüksəldilməsi, hərtərəfli inkişafın təmin olunması və dövlət quruculuğu istiqamətində mühüm işlər görülüb.
Sərgidə uşaqlar təbiəti, vətəni tərənnüm edən rəsmlər çəkib, öz düşüncə və hisslərini ifadə ediblər. Yekunda iştirakçılara təşəkkürnamələr təqdim edilib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi