Tovuz rayonunda “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib

6 avqust 2026 16:53

Paylaş:

Tovuz rayonunda  “Uşaqdan-uşağa” layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 4 avqust 2026-cı il tarixində Uşaq Səfirlər Məclisinin İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonları üzrə nümayəndələri və fəalları üçün “Uşaq hüquqları: İnkişaf üçün Birləşək!” və “İnternetdən təhlükəsiz istifadə edək!” mövzularında təlim proqramları təşkil edilib.

Açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova uşaqdan-uşağa prinsipi ilə keçirilən bu cür təlimlərin daha faydalı və məhsuldar nəticələr verdiyini diqqətə çatdırıb. Bildirib ki, dövlət uşaq siyasətini həyata keçirən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların birbaşa iştirakçılıq prosesinə dəstəyi və şəbəkələşməsini təmin etməyi əsas məqsəd kimi müəyyən edib. Günümüzün aktual məsələlərinin uşaqlara aşılanması, onların bu proseslərdə iştirakçılığının təmin edilməsi diqqət edilməsi vacib məqamlardandır və  uşaqların maraqlarına toxunan məsələlərdə onların iştirakının təmin edilməsi sahəsində fəaliyyətin gücləndirilməsi məqsədilə mütəmadi olaraq tədbirlər həyata keçirilir. O bildirib ki, “Uşaqdan-uşağa” layihəsi çərçivəsində təlimlərin keçirilməsində əsas məqsəd internetdən istifadə zamanı təhlükəsizliyin və məlumatların qorunmasını təmin etmək, uşaqlara inkişaf hüquqlarının təmin edilməsində təşəbbüs irəli sürmək, iştirakçılıq bacarıqlarının formalaşdırılması üçün şərait yaratmaq, eyni zamanda uşaqlarda komanda ilə işləmək bacarıqlarını inkişaf etdirməkdir.

Daha sonra Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Əli Rəhimov çıxış edərək Dövlət Komitəsi tərəfindən həyata keçirilən bu layihənin uşaqların həmyaşıdlarından öyrənməsi, fəal vətəndaşlıq mövqeyinin formalaşması və sosial bacarıqlarının inkişafı baxımından əhəmiyyətini vurğulayıb, layihə çərçivəsində uşaqların nümayiş etdirdiyi fəallığı və təşəbbüskarlığı yüksək qiymətləndirib.

Ardınca Uşaq Səfirlər Məclisinin üzvləri Məhəmməd Salmanov və Nuray Bağışova uşaqların hüquqları və onların müdafiəsi ilə bağlı mexanizmləri əhatə edən təlim keçiblər. Həmçinin, uşaq iştirakçılığı, məclisin fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər.

Təlimlərin davamı olaraq, “Azərbaycan Uşaqlarının İnkişaf Platforması” İctimai Birliyinin sədri Misir Məmmədov tərəfindən internetdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl etməklə fərdi məlumatların qorunması qaydalarını iştirakçılara çatdırıb.

İnteraktiv şəkildə davam edən təlimlərdən sonra iştirakçılar komandalar quraraq, intellektual oyun vasitəsilə öz biliklərini nümayiş etdiriblər. Qalib gələn komandaya simvolik hədiyyə təqdim olunub.

Yekunda uşaqlar fəal iştiraklarına görə sertifikatla təmin olunub.