“Təhsildən yayınmanın qarşısının alınması” mövzusunda növbəti təlim keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 24 may 2024-cü il tarixində “Təhsildən yayınmanın qarşısının alınması” mövzusunda növbəti təlim keçirilib.
Dağlıq Şirvan, Quba-Xaçmaz, Şirvan-Salyan regionları üzrə icra hakimiyyətləri və Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə onlayn qaydada keçirilən təlimin məqsədi təhsildən yayınan uşaqların bərpa olunması istiqamətində qurumlararası işi gücləndirmək, uşaqların hüquqlarının qorunmasında qarşıya çıxan mühüm məsələlərlə bağlı müzakirələr aparmaqdır.
Açılış nitqi ilə çıxış edən Komitənin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli hal-hazırda bu problemin aktuallığını, qurumlararası koordinasiyasının gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Təhsil işçilərinin qiymətləndirilməsi şöbəsinin əməkdaşı Cəmilə Kazımova ekspert qismində çıxış edərək, iştirakçılara sözügedən məsələ barədə mövcud qanunvericilik aktları, erkən nikah və təhsildən yayınma hallarının uşaqların həyatında yaratdığı fəsadlar barədə məlumat verib.
Təlimin sonunda ekspertlər tərəfindən suallar cavablandırılıb, təkliflər səsləndirilib.