Təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam edir
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi ilə təhsil müəssisələrində yeniyetmə, gənclər və valideynlər üçün keçirilən maarifləndirici tədbirlərin davamı olaraq, 24 oktyabr 2025-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri 11 nömrəli tam orta ümümtəhsil məktəbində, Bəxtiyar Cəfərov adına 3 nömrəli məktəb-liseyində, 5 nömrəli tam orta ümumtəhsil məktəbində, 14 noyabr 2025-ci il tarixində Sumqayıt şəhəri, 4 nömrəli tam orta məktəbində, V.İbrahim adına 35 nömrəli tam orta məktəbində, 28 noyabr 2025-ci il tarixində Xızı rayonu Yeni Yaşma kənd tam orta ümümtəhsil məktəbində, Cabir Novruz adına Stalçay kənd 1 nömrəli tam ümumtəhsil məktəbində, N.Allahverdiyev adına Stalçay kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbində “Ailə. Dəyərlər və ənənələr”, “Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi” və “Valideyn-övlad münasibətləri. Milli-mənəvi dəyərlər” mövzularına dair görüşlər keçirilib.
Tədbirlərdə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov, Ləman Mahmudova və Nərgiz Sədrəddinbəyli çıxış edərək qeyd ediblər ki, ailə dəyərlərinin qorunması, valideyn-övlad münasibətlərinin sağlam qurulması həm ailə, həm də cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. Həmçinin uşaqların internetdən təhlükəsiz istifadəsi üçün valideyn nəzarətinin vacibliyini, onların sosial şəbəkələrdə davranış qaydaları barədə maarifləndirilməsini və rəqəmsal savadlılığın artırılmasının əhəmiyyətini bildiriblər.
Tədbir iştirakçılarına mövzularla bağlı müxtəlif sosial çarxlar nümayiş etdirilib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Görüşlərdə maarifləndirici materiallar informativ resurs kimi məktəblərin kitabxanalarına təqdim olunub.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi