“Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda tədbir keçirilib
Paylaş:
Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Sabunçu və Xəzər rayonlarında yerləşən 252 və 216 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib.
Görüşdə Dövlət komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim -mütəxəssisi Pərvin Quliyeva çıxış edərək, sağlam həyat tərzinin formalaşmasında insan sağlamlığına müsbət təsir edən amillər, ziyanlı vərdişlərin gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlər, gənclərin həyatında reproduktiv sağlamlıqla bağlı yaşanan problemlər, həmçinin ailə planlaşdırılmasının vacibliyi və erkən nikahların fəsadları barədə məlumat veriblər.
Yekunda iştirakçıların sualları cavablandırılıb, onlara ”QİÇS -ə YOX!”, ”Sağlam həyat naminə erkən nikaha Yox deyək!” adlı maarifləndirici cap vəsaitləri paylanılıb.