Şuşada vətəndaş qəbulu

16 iyun 2026 14:53

Paylaş:

Bahar Muradova 16 iyun 2026-cı il tarixində ilk dəfə Şuşa şəhərində vətəndaş qəbulu keçirib.

Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Şuşa Şəhər Xüsusi Nümayəndəliyində yerləşən büstünün önünə  gül dəstələri qoyulub, xatirəsi dərin ehtiramla yad edilib.

Qəbula gələn  şəhər sakinləri hər hansı bir fərdi  problemlərinin və ya  çətinliklərinin olmadığını, əsas məqsədlərinin görüşmək, fikir mübadiləsi aparmaq və  göstərilən dövlət qayğısına görə təşəkkürlərini çatdırmaq olduğunu bildiriblər.

Vətəndaşlar doğma yurdlarında yaradılan yaşayış şəraiti, aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndiriblər.

Qəbul zamanı ailə - məişət problemləri və sosial rifahla bağlı müraciətlərin demək olar ki, olmaması işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesinin müsbət nəticələrini əks etdirir. Şuşada təhlükəsiz və rahat həyat şəraitinin təmin olunması istiqamətində görülən işlərdən razılıqlarını ifadə edən sakinlər ailə təsərrüfatlarının yaradılması, şəhərin sosial həyatının inkişafı ilə bağlı bir sıra təkliflər də irəli sürüblər. Onlar Şuşada uşaq bağçasının fəaliyyətə başlamasının və Şuşa–Xankəndi avtobus marşrutunun açılmasının məqsədəuyğun olacağını vurğulayıblar. Səsləndirilən təkliflər qeydə alınaraq aidiyyəti üzrə araşdırılması üçün yönləndirilib.