Sosial xidmətlərlə bağlı əhali arasında maarifləndirmə işləri aparılıb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam, Hacıqabul, Qəbələ, Zərdab, Zaqatala Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən 16-18 dekabr 2024-cü il tarixlərində bölgələrdə mövcud sosial xidmətlər haqqında əhali arasında maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə görüşlər keçirilib.
Tədbirlərdə mərkəzlər, rayon icra hakimiyyətləri, Sosial Xidmətlər Agentliyinin yerli bölmələrinin əməkdaşları, mərkəzlərin ekspert qrupunun üzvləri, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının, idarə, müəssisələrin və Qeyri Hökumət Təşkilatlarının nümayəndələri və icmadan olan sakinlər iştirak ediblər.
Görüşlər zamanı mərkəzlərin fəaliyyəti barədə ətraflı məlumat verilib, əhalinin bütün həssas qruplarına göstərilən sosial xidmətlərin kəmiyyət və keyfiyyətinin artırılmasından, həmçinin sosial səmərəlilik prinsiplərinin gerçəkləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb, “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın əhəmiyyətindən, onun icrası istiqamətində görülən işlərdən və mövcud sosial xidmətlərdən bəhs edilib.