Sosial xidmətlər haqqında maarifləndirmə tədbirləri keçirilib

22 avqust 2024 15:13

Paylaş:

Regionlarda əhalinin sosial xidmətlər barədə məlumatlılığının, eləcə də xidmətlərlə təmin edilmədə ünvanlılığının artırılması məqsədilə seminarlar keçirilib.

5-20 avqust tarixlərini əhatə edən seminarlarda Qusar, Neftçala və Bakı şəhərinin Xəzər rayonunda yerləşən Qadın Resurs Mərkəzlərinin benefisiarları, eləcə də rayon sakinləri iştirak edib. Seminarlar uşaq inkişafı və sosial iş üzrə ekspert Ülviyyə Mirzəyeva tərəfindən keçirilib. 

Qeyd edək ki, sözügedən maarifləndirmə tədbirləri “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.3-cü bəndinin icrası məqsədilə təşkil edilib.