“Sosial işin idarə olunması” mövzusunda təlim keçirilib

30 iyun 2026 16:30

Paylaş:

24 iyun 2026-cı il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Şüvəlan, Ağdam, Saatlı, Sabirabad, Hacıqabul, Qəbələ, İsmayıllı, Zaqatala, Goranboy, Göygöl və Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşlarının peşə bacarıqlarının artırılması məqsədilə Qəbələ UADM-də “Sosial işin idarə olunması” mövzusunda təlim keçirilib. 

Açılış nitqi ilə çıxış edənQəbələ UADM-in direktoru Nərmin Cabbarlı iştirakçıları salamlayaraq tədbirin keçirilməsinin məqsədi və əhəmiyyəti barədə məlumat verib.

Daha sonra Şüvəlan UADM-in əməkdaşları – sosial iş üzrə mütəxəssisi Nasir Hüseynov “Sosial işin idarə olunmasının əsas prinsipləri”, Aytac İbrahimova “Uşaq müdafiəsi sahəsində aparılan sosial işin mərhələləri”, Goranboy UADM-in sosial iş üzrə mütəxəssisi Hacıağa Nəbiyev “Məişət zorakılığından zərər çəkmiş şəxslərlə sosial işin aparılması”, Sabirabad UADM-in sosial iş üzrə mütəxəssisi Məhəbbət Yəhyayev isə “Erkən və qohum evlilikləri zamanı aparılan sosial işin mərhələləri” mövzularında çıxış ediblər.

Təlim çərçivəsində Göygöl UADM-in sosial iş üzrə mütəxəssisi Mirkazım Mirzəyev tərəfindən “Himayədar ailə” mövzusu üzrə fərdi hal (keys) təhlili həyata keçirilib.

Tədbirin praktiki hissəsində Qəbələ UADM-in psixoloqu Nailə Kərimli tərəfindən “Birlikdə həll”, Aytac İbrahimova tərəfindən isə “Sürətli qərar” adlı canlandırıcı oyunlar təqdim olunub.

Gələcəkdə də bu istiqamətdə təlimlərin davam etdirilməsi nəzərdə tutulur.