“Selektiv abortlarla mübarizə” layihəsi davam edir

3 oktyabr 2024 17:55

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Dövlət Komitəsi “III Bahar” İctimai Birliyinin əməkdaşlığı ilə birgə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nın 2.4.1-ci bəndinin icrası məqsədilə “Selektiv abortlarla mübarizə” Kampaniyasını həyata keçirir.

Layihənin davamı olaraq Sumqayıt şəhərində və Bakı şəhərinin Xəzər rayonunda “III Bahar” İctimai Birliyinin üzvəri ilə müxtəlif yaş qruplarından olan əhali ilə görüşlər keçirilib.

Layihənin əsas məqsədi günümüzün aktual problemlərindən olan selektiv abortlar, erkən nikahlar, qohum evliliyinin fəsadları və onlarla mübarizə, gender bərabərliyinin təbliği, qız uşaqlarının hüquqlarının qorunması ilə bağlı cəmiyyətin maarifləndirilməsinə dəstək olmaqdır.

Görüşlərin 11 oktyabr - Beynəlxalq Qızlar Günü ərəfəsində keçirildiyini nəzərə alaraq qızların hüquqlarını və onların valideynlər üçün dəyərini təşviq edən qısametrajlı video-çarx nümayiş olunub.

Qeyd edək ki, Kampaniya çərçivəsində təqaüdə çıxmış ahıl insanların iştirakı ilə mövzuya həsr olunmuş “Güclü Zəriflər” adlı sosial təbliğat məqsədli teatr tamaşası hazırlanaraq, təqdim edilmişdir.