Sədaqət Qəhrəmanova "BMT-Qadınlar" Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Sanz ilə görüşüb
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Özbəkistanda rəsmi səfər çərçivəsində "BMT-Qadınlar" (UN Women) Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Belen Sanz ilə görüşüb.
Görüş zamanı qadın hüquqlarının qorunması istiqamətində institusional mexanizmlərin gücləndirilməsi, qadınlara qarşı zorakılığın qarşısının alınması, hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda qadınların səlahiyyətləndirilməsi və onların iqtisadi fəallığının artırılması bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüş gələcək əməkdaşlıq perspektivlərinin və qarşılıqlı maraq doğuran mövzuların müzakirəsi ilə davam edib.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi