Şamaxı rayonunda uşaqlar üçün yay düşərgəsi davam edir

1 avqust 2024 11:22

Paylaş:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən düşərgədə Komitənin Saatlı, Sabirabad, Hacıqabul və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin benefisiarları olan şəhid və qazi ailələrinin, həmçinin aztəminatlı ailələrin uşaqları iştirak edir.

29 iyul-04 avqust 2024-cü il tarixlərini əhatə edən düşərgə müddətində uşaq hüquqları, şəxsi inkişaf mövzularında təlimlərin, rəqs üzrə ustad dərslərinin, idman oyunları, musiqili-əyləncəli proqramların, eyni zamanda asudə vaxtın səmərəli təşkili ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, yay düşərgəsinin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin fiziki və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, onların həmyaşıdları ilə maraqlı və əyləncəli vaxt keçirməsi, yay tətilinin mənalı və yaddaqalan olması, uşaqlara yeni bacarıqların aşılanmasıdır.