Salyanda qadınların bələdiyyə seçkilərində fəallığının artırılması məqsədilə tədbir təşkil edilib
Paylaş:
16 yanvar 2025-ci il tarixində Salyan rayonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mərkəzi Seçki Komissiyası və “Bərabər İnkişaf Naminə” Koalisiyanın birgə əməkdaşlığı ilə “Bələdiyyə seçkilərində qadınların fəallığının yüksəldilməsi” mövzusunda növbəti tədbir keçirilib.
Tədbirdə çıxış edən “Bərabər İnkişaf Naminə” Koalisiyanın üzvü Sədaqət Həsənova ölkəmizdə 29 yanvar 2025-ci il tarixində keçiriləcək bələdiyyə seçkilərində qadınları fəal iştiraka dəvət edib.
65 saylı Salyan-Neftçala seçki dairəsinin sədri Fuad Muradov seçkiyə hazırlıq prosesi və seçki prosedurları haqqında məlumat verərək qadınların fəal iştirakının əhəmiyyətini vurğulayıb.
Tədbirdə Salyan rayonu üzrə Koalisiyanın məsul şəxsi, rayonun Mərkəzi Kitabxanasının müdiri Səidə Əliyeva, rayonun 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin ”Əməkdar müəllim”i Gülşən Piriyeva, şəhər 2 nömrəli tam orta məktəbin “Əməkdar müəllim”i Sehranə Rzayeva, Salyan rayon Tarix-diyarşünaslıq muzeyinin müdiri Rəfiqə Hüseynova, Xəyalə Ağabəyova “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə həkim fizioterapevt və eyni zamanda Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şura sədri Aytəkin Əbilova, Peşə liseyinin müəllimi Həcər Əliyeva, Salyan rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova çıxış edərək, Salyan rayon qadınlarının fəallığından bəhs ediblər.
200 nəfərin iştirak etdiyi tədbirin yekununda təkliflər dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.