“Sağlam körpəni sağlam ata-ana dünyaya gətirir! Ailəni planlaşdırsan, gələcəyini planlaşdırmış olarsan!” şuarları ilə tələbələrlə görüşlər keçirilib

Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Elm və Təhsil Nazirliyinin dəstəyi və Səhiyyə Nazirliyinin ekspertinin iştirakı ilətəhsil müəssisələrində keçirilən maarifləndirici görüşlərin davamı olaraq 13 mart 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecdə və 14 mart 2025-ci il tarixində isə Azərbayca Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecdə “Sağlam körpəni sağlam ata-ana dünyaya gətirir! Ailəni planlaşdırsan, gələcəyini planlaşdırmış olarsan!” şuarları ilə tələbələrlə görüş keçirilib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə İslahatlar Mərkəzinin həkim-metodisti Zümrüd Kazımova çıxış edib.
Çıxışlar zamanı tələbələrə uşaq və gənclərin sağlam nəsil kimi formalaşması, ailələrin sağlamlığının qorunması, sağlam uşaqların dünyaya gəlməsi istiqamətində ölkədə görülən işlər barədə ətraflı məlumat, eləcə də ailə planlaşdırılması və reproduktiv sağlamlığının qorunmasına dair tövsiyələr verilib.
Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.
Görüşlərdən ümumilikdə 300 nəfər iştirakçı faydalanıb.