“Sağlam ətraf mühit, sağlam gələcək” adlı maarifləndirici görüşlər keçirilib

8 aprel 2024 12:32

Paylaş:

Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Nizami rayonunda yerləşən 250 nömrəli və Nəsimi rayonunda yerləşən 5 nömrəli tam orta məktəblərin yuxarı sinif şagirdləri ilə görüşlər keçirilib.

Görüşlərdə Dövlət komitəsinin Ailə məsələləri şöbəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, yeniyetmə və gənclərin sağlam nəsil kimi formalaşması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, sağlam ətraf mühitin insanın həyatına, səhhətinə təsirindən, həmçinin ekoloji mədəniyyətdən danışaraq iştirakçılara geniş məlumat verib.

Daha sonra Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar mərkəzinin həkim -mütəxəssisi Ülkər Camalova “Sağlam həyat tərzi” adlı təqdimatla çıxış edərək, insan orqanizminə müsbət təsir edən əsas amillərdən danışıb.

Görüşlərdə iştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb.