“Sağlam ailə, balanslı karyera və şəxsi inkişaf” mövzusunda maarifləndirici tədbir keçirilib

27 fevral 2026 16:19

Paylaş:

27.02.2026-cı il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetində “Sağlam ailə, balanslı karyera və şəxsi inkişaf” mövzusunda maarifləndirici tədbir təşkil olunub.

Ailə dəyərləri, karyera planlaması və fərdi inkişaf istiqamətlərində məlumatlılığın artırılması məqsədi ilə keçirilən tədbirdə çıxış edən Dövlət Komitəsinin əməkdaşı Ləman Mahmudova ailə institutunun davamlılığı və sağlam formalaşdırılmasındandanışıb.

O, çıxışında iş və şəxsi həyat arasında balansın qorumasının əhəmiyyətini vurğulayıb, qarşılıqlı hörmət və məsuliyyətin sağlam münasibətlərin əsasını təşkil etdiyini bildirib.

Tədbirdə ekspert qismində iştirak edən Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının müəllimi Ayşən Məmmədova mövzuya psixoloji aspektdən yanaşaraq, balanslı həyat tərzinin fərdin emosional sağlamlığına təsirindən bəhs edib.

A. Məmmədova gənclərin özünü tanıma, emosional intellektin inkişafı və düzgün prioritet seçiminin həm karyera, həm də ailə münasibətlərində uğurun əsas amillərindən olduğunu qeyd edib.

İnteraktiv müzakirə formatında davam edən tədbirdə tələbələrin sualları cavablandırılıb, real həyat nümunələri əsasında fikir mübadiləsi aparılıb.