Şagird və valideynlərlə “İnternet təhlükəsizliyi” mövzusunda görüşlər keçirilib
Paylaş:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Xəzər rayonunun 262 və Qaradağ rayonunun 228 nömrəli tam orta məktəblərində “İnternet təhlükəsizliyi” mövzusunda görüşlər keçirib.
Görüşlərdə Komitənin əməkdaşı Rafiq Mahmudov və “Ailəm könüllüləri”nin üzvləri Fidan Hacıyeva, Ayla Quliyeva, İlahə Nəcəfova, Şəfəq Rzayeva və Səidə Qədirova çıxış edərək şagird və valideynlərə kiber təhlükədən müdafiə, hüquq-mühafizə orqanlarına müraciət qaydaları, virtual məkanda ehtiyat tədbirləri, şəxsi məlumatların qorunması və məxfiliklə bağlı ətraflı məlumat veriblər. Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb